-
- 12-10-2019, 14:48
- 819
“Bu ilin 8 ayında Azərbaycan 40 min ton alma ixrac edib”- NAZİR MÜAVİNİ
2018-ci ilin nəticələrinə görə, Azərbaycanda alma bağlarının 71,6%-i, alma istehsalının isə 70,7%-i Quba-Xaçmaz iqtisadi rayonunun payına düşüb.
News24.az xəbər verir ki, bu barədə Qubada keçirilən IV alma bayramında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev məlumat verib.
“Ötən il ölkədə 277,8 min ton alma istehsal olunub ki, bunun da 196,6 min tonu Quba-Xaçmaz zonasında, 115,8 min tonu isə konkret olaraq Quba rayonunda yığılıb. Ən çox alma istehsal edən rayonların siyahısında Quba ilk pillədə qərarlaşıb”, - deyə o, qeyd edib.
Bundan başqa, nazir müavininin sözlərinə görə, 2018-ci ildə Azərbaycandan 89,9 min ton alma ixrac edilib ki, bu da 2017-ci illə müqayisədə 12,4 min ton çoxdur: “Bu ilin 8 ayında isə ölkə 40 min ton alma ixrac edib. Hazırda məhsul yığımı və ixracı davam etdirilir”.
İ.Quliyev həmçinin deyib ki, ötən il Azərbaycanda əsas tumlu meyvə bağlarının (alma, armud heyva və əzgil) sahəsi 41,1 min hektar olub: “Bu bağların isə 30,4 min hektarını alma sahələri təşkil edir. 2019-cu ildə 417,3 hektar sahədə yeni alma bağları salınıb. Ümumilikdə salınmış 30,4 min hektar alma bağlarının 18 min hektarı ənənəvi, 11,8 min hektarı intensiv və 0,6 min hektarı isə super intensiv üsulla salınmış bağlardır”.