-
- 5-06-2019, 15:01
- 1 167
Ata və oğlu işlədikləri yerdən qovuldular – Azərbaycandakı qətllə bağlı MÜRACİƏT
Quba rayonunda alma bağında qətl törətdiyi üçün məhkum edilən Mahmudov Samir Ənvərşah oğlu Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən Samir Mahmudov Ali Məhkəmədən işə yenidən baxılmasını, həmin maddə üzrə ona bəraət verilməsini xahiş edib. O, vəfat edən Eldar Əhmədovu öldürmədiyini bildirib. İşə Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, ittiham aktına əsasən, S.Mahmudov Eldar Əhmədovun Qubadakı alma bağında işləyirmiş. Bir neçə ildən sonra onlar arasında işə görə mübahisələr başlayıb. E.Əhmədov S.Mahmudovu və onun atasını öz bağından qovub. Amma onlar bununla razılaşmayıblar və dəfələrlə mübahisə ediblər. Sonuncu mübahisə zamanı S.Mahmudov alma bağında E.Əhmədova daş atıb. Daş onun baş nahiyəsinə dəyib. S.Mahmudov alma bağını tərk edib və bir neçə dəqiqə sonra E.Əhmədov dünyasını dəyişib.
S.Mahmudov ittihamla razılaşmayıb və özünü günahkar bilməyib. O deyib ki, E.Əhmədov ağacdan yıxılaraq xəsarət alıb və dünyasını dəyişib.