"Mercedes", "Kia Rio" və "Naz Lifan" zəncirvari qəza yaratdı
    • 12-10-2019, 22:37
    • 1 612

"Mercedes", "Kia Rio" və "Naz Lifan" zəncirvari qəza yaratdı

Bakı Dövlət Sirkinin qarşısında zəncirvari yol qəzası baş verib.
News24.az xəbər verir ki, bu dəqiqələrdə
Bakı Dövlət Sirkinin qarşısında, Səməd Vurğun küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, "Mercedes", "Kia Rio" və "Naz Lifan" bir-birilə toqquşub. Xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları və evakuator maşını cəlb olunub. Hazırda insident yaşanan ünvanda sıxlıq yaranıb.