Ronaldunun oğlu “Yuventus”da qol hesabını açdı - VİDEO
    • 3-09-2018, 13:20
    • 842

Ronaldunun oğlu “Yuventus”da qol hesabını açdı - VİDEO

Kriştianu Ronaldunun oğlu “Yuventus”un heyətində debüt edib.

Kiçik Ronaldu Turin klubunun doqquz yaşadək komandasında ilk oyununu keçirib.

Ulduz futbolçunun oğlu debüt matçında poker etməklə (dörd qol vurub – S.M.) komandasının 5:1 hesablı qələbəsində böyük pay sahibi olub.Qeyd edək ki, oğlundan fərqli olaraq, atası hələ “Yuventus”un əsas komandasında qol hesabını aça bilməyib.

//Oxu.az