Bu ərazilərdə qaz olmayacaq - SAKİNLƏRİN NƏZƏRİNƏ
    • 14-10-2019, 10:15
    • 757

Bu ərazilərdə qaz olmayacaq - SAKİNLƏRİN NƏZƏRİNƏ

Bu gün saat 12:00-dan Qaradağ rayonu, Korgöz, AZNS, Qızıldaş qəsəbələrində bir qrup abonentin və bir neçə mühüm əhəmiyyətli obyektin qaz təminatında fasilələr yaranacaq.

Azəriqaz İB-dən News24.az-a verilən məlumata görə, “Puta” qaz paylayıcı stansiyası  ərazisində qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yararsız vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri icra olunacaq.