Demet Anarı YERƏ GÖYƏ SIĞDIRMADI - VİDEO
    • 14-10-2019, 10:44
    • 2 761

Demet Anarı YERƏ GÖYƏ SIĞDIRMADI - VİDEO

Bir çox dünya ulduzlarına etdiyi makiyajla adından söhbət etdirməyi bacaran stilist Anar Ağakişiyev daha bir işə imza atıb.

News24.az bildirir ki, stilist bu dəfə Türkiyənin məşhur müğənni Demet Akalını bəzəyib. Nəticədən razı qalan Akalın təşəkkürünü bildirib. O, kulisarxası zamanı video çəkib: "Anar, sən gedəndən sonra mən nə edəcəm?"

Daha sonra isə səhnəyə çıxan Demet Akalın yenidən Anara müraciət edərək, onun ünvanına xoş sözlər deyib:"Normal halda onunla işləməyə pulumuz çatmaz. Çünki dünya ulduzları ilə çalışır. Mənimlə dost olduğu üçün makiyajımı etdi".

TV8-də yayımlanan "Gel Konuşalım" verilişində isə Akalının imici müzakirəyə çıxarılıb. Anarın makiyajı aparıcılar tərəfindən bəyənilib. Hətta onlar Anarın makiyaj qiyməti ilə maraqlanıblar.

Qeyd edək ki, Anar Ağakişiyev bir çox dünya ulduzlarına makeup edib.

Sevda Bayramova