-
- 14-10-2019, 13:43
- 638
Çavuşoğlu Bakıda AZƏRBAYCANA TƏŞƏKKÜR ETDİ
"Burada yalnız terror təşkilatı hədəfə alınır. Mülki itki və mülki xəsarətlərin minimuma endirilməsini və qarşısının alınmasını prioritetləşdirən bir yanaşma həyata keçirilir".
News24.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) 7-ci clasdakı çıxışında “Barış Pınarı Hərəkətı” barədə danışarkən bildirib. Nazir Çavuşoğlu ABŞ ilə etibarlı bir bölgə yaratmağa çalışdıqlarını, buna müvəffəq ola bilmədiklərini söyləyib: “Hədəflərimiz aydındır. Təhlükəsizliyimizə olan terror təhdidlərinin aradan qaldırılması, Suriyanın ərazi bütövlüyünü qorumaq və təmin etmək, YPG-nin separatçı gündəminin qarşısını almaq və dinc və təhlükəsiz bölgə yaratmaqdır. Yalnız Türkiyə üçün deyil əlaqədar olan hər kəs üçün, Budapeşt üçün də digər ölkələr üçün də əhəmiyyətli olan bir etibarlı bölgənin yaradılmasıdır.
Burada yalnız terror təşkilatı hədəf alınıb. Mülki itki və mülki xəsarətlərin minimuma endirilməsini və qarşısının alınmasını prioritetləşdirən bir yanaşma həyata keçirilir. Suriyanın ərazi bütövlüyünü və bu birliyi qorumaq bizim prioritetimizdir. Eyni şəkildə, Suriya xalqının qanuni təmsil olunması çox vacibdir".
Mövlud Çavuşoğlu Azərbaycana və Macarıstana təşəkkürünü bildirib: “Xüsusi olaraq Azərbaycana və Macarıstana təşəkkür etmək istərdim. Bu çərçivədə DAEŞ və digər terror təşkilatlarına qarşı addımlar atırıq. Bu bölgədə hər addım atmağa qərarlıyıq. Yerlərindən qaçqın düşmüş suriyalılar və Türkiyədəki suriyalıların PKK / YPG və DEAŞ-dən təmizləmiş olduğumuz bölgələrə dönməsini təmin etmək mövzusu bizlər üçün hədəf və prioritetdir. Əməliyyatdan sonra insanlar həmin bölgədə təhlükəsiz şəraitdə yaşamalıdırlar".