-
- 15-10-2019, 16:04
- 856
Məhəbbət Vəliyeva: "Direktor şagirdləri məktəbə cəlb etməkdə acizdirsə..."
"Təəssüf ki, hələ də təmayülləşmə prosesinin heç bir təhlilə əsaslanmayan şəkildə, səmərəsiz təşkil olunduğunu görürük".
News24.az-ın məlumatına görə, bunu "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.
Həqiqətən bu gün biz informasiya bolluğu olan dövrdə yaşayırıq. Təəssüf ki, yanlış informasiyalar da ən çox gənclərə zərər vurur. Amma digər tərəfdən də müəllimlər bu informasiya bolluğu olan şəraitdə də şagirdlərin beynini heç bir əhəmiyyəti olmayan, gələcəkdə onların əmək fəaliyyətinə, dünyagörüşünə təsir etməyən məzmunla doldurmağa çalışırlar. Məktəbdə müəllimlər texnologiyanı, musiqini, təsviri incəsənəti uşaqlara əzbərlədirlər. Onun əsasında da uşaqlara summativ qiymətləndirmə yazırlar. Əlbəttə, şagird nəzəri biliklərə yiyələnməlidir, amma bu zaman şagirdlərin maraqları, ehtiyacları çox ciddi şəkildə təhlil edilməlidir.
Təmayülləşmə uşaqların dərs yükünü azaldır və onların gələcəkdə seçəcəklər ixtisasa uyğun istiqamətlənməsini təmin edir. Buna baxmayaraq, biz hələ də şagirdlərin tam orta təhsil səviyyəsində təmayül siniflərdə təhsil almalarına şüurlu yanaşmasına nail ola bilməmişik. Bir çox hallarda təmayül siniflər sadəcə şagird komplektləşdirmək üçün yaradılır.
Tam orta təhsil səviyyəsində təmayül siniflərə yalnız ixtisas peşəkarlığı və bilikləri yüksək olan müəllimlər dərs deməlidir. Bu zaman biz şagirdlərin həqiqətən də zəruri biliklər almasına nail ola bilərik. İkinci tərəfdən əgər dövlət bu imkanı yaradırsa, niyə məktəblər bunu etməməlidir? Bu məsələyə X-XI siniflərdə başlamaq çox gecdir. Məsələyə aşağı siniflərdən sistemli yanaşmaq lazımdır. Bir çox məktəb direktoru ilə ünsiyyətdən məlum olur ki, onlar ibtidai siniflərdən başlayaraq uşaqların bilik və maraqları haqqında məlumat toplayırlar. Bu mənada hesab edirəm ki, Bakı məktəbləri region məktəbləri üçün bir nümunəyə çevrilməlidir.
Hətta təmayül olunan siniflərdə də şagirdlərin davamiyyəti arzuolunan səviyyədə deyil. Niyə? Bu belə olmamalıdır. Şagirdlərin elektron yerdəyişməsi sistemi bizə imkan verir ki, onların yerdəyişmə etdiyi məktəbi görək. Əgər şagirdlərin məktəbə, təhsilə cəlb edilməsində acizdirsə, onda biz nədən danışa bilərik? Əgər hər hansı məktəb direktoru üzərinə məsuliyyət götürərəkməktəb rəhbərliyi şəhərin lisey-gimnaziyasının XI sinif şagirdini məktəbə qəbul edirsə, başa düşməlidir ki, istənilən vaxt kimsə məktəb qapısını açaraq məhz o şagirdin sinifdə olub-olmadığını öyrənə bilər. İstənilən məktəb direktoru yeni şagirdə sual verib öyrənir ki, niyə yaxşı məktəbi qoyub bura gəlib. Amma o sualın arxasında hansı cavabın dayandığını bilmir. Əgər bir məktəbin X-XI siniflərindı şagird sayı ciddi şəkildə azalırsa, demək o məktəbin direktoru şagirdlərinə deyir ki, sizin üçün üçün şərait yaradılmayacaq. Bunun başqa səbəbi yoxdur. Məktəbin yaxşı oxuyan şagirdi ucqar bir məktəbə gedirsə, demək onun əvvəl oxuduğu məktəbin direktoruna təşəkkür düşür, hətta onun göstəriciləri aşağı düşsə, şagird kontingenti azalsa belə o direktora təşəkkür etmək lazımdır ki, o, işink tələblərə uyğun qurur.
Afaq Mirayiq