-
- 15-10-2019, 15:45
- 884
"Azərbaycanda cərrahi əməliyyat keçirənlərin çoxu qadınlardır"- MƏRKƏZ
2018-ci ildə kişilərlə müqayisədə qadınlar arasında cərrahi müdaxilələrin sayı 2,1 dəfə çox qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə İctimai Səhiyyə İslahatlar Mərkəzinin hazırladığı hesabatda qeyd edilib.
Hesabatda qeyd edilib ki, cərrahi əməliyyatlarda həzm sistemin xəstəlikləri üzrə cərrahi əməliyyatlar 29,3 faiz, göz xəstəlikləri üzrə cərrahi əməliyyatlar 13,4 faiz, sidik-cinsiyyət sisteminin xəstəlikləri üzrə cərrahi əməliyyatlar 13,1 faiz və yeni törəmələri sinifləri üzrə üzrə cərrahi əməliyyatlar 11,1 faiz olub.
Hesabata əsasən, cərrahi əməliyyatların 38 faizi mərkəzi rayon xəstəxanalarında, 24 faizi Bakı şəhəri xəstəxanalarında, 19 faizi bazaya daxil olan özəl klinikalarda, 16 faizi doğum evlərində qeydə alınıb.
Afaq Mirayiq