"Azərbaycanda 3 min cərrahi əməliyyatdan 85 faizi mədə kiçiltmə ilə bağlı olub
    • 26-10-2019, 16:20
    • 1 913

"Azərbaycanda 3 min cərrahi əməliyyatdan 85 faizi mədə kiçiltmə ilə bağlı olub"-Tariyel Ömərov

“Azərbaycanda son 6 ildə 3000-ə yaxın Bariatrik-metabolik cərrahi əməliyyatlar aparılıb ki, bunlardan təxminən 80-85% -i mədənin boylama rezeksiyası (mədə kiçiltmə) əməliyyatıdır. Dünyada 2018-2019-cu illərdə ortalama 834 000 müxtəlif növ bariatrik-metabolik cərrahi əməliyyatlar aparılıb ki, bunlardan 390 000 (47%) mədənin boylama rezeksiyası əməliyyatıdır”.

News24.az-ın xəbərinə görə, bunu Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı t.ü.f.d. Tariel Ömərov 31-ci Beynəlxalq Bariatrik və Metabolik Cərrahlar Simpoziumunda çıxışında bildirib. O, kongresin beynəlxalq işlər üzrə katibi olaraq seçilib: “Bu işin mənə həvalə olunması qürurverici faktordur. Xəzəryanı dövlətlərin Türkdilli xalqlarının Qazaxıstan, Türkməsnistan, Özbəkistan və Qırğızıstan bariatrik cərrahlarına da bu kongresdə yer ayırıb. Bu dövlətlərdə bariatrik cərrahiyyə  yeni- yeni vüsət almaqdadır və bizim onlara dəstəyimiz gələcəkdə Xəzəryanı Türk Xalqlarının dərnək olaraq fəaliyyət göstərməsində rolu ola bilər.

Bu konqresdə təmsil olunan 20 dövlətdən biri də doğma Azərbaycanımızdır və bu "Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Dərnəyi"-nin son 6 ildə gördüyü işin nəticəsidir. Piylənmənin və metabolik xəstəliklərin cərrahi müalicəsindən bəhs edən kongresdə Bariatrik-Metabolik cərrahiyyə sahəsində tanınan 1000-dən artıq mütəxəssis iştirak edib və 50-dən çox bu sahənin öndə gedən mütəxəssisləri çixiş edib. Bu çıxışlardan bir çoxu da bizə aiddir, Baraitrik-Metabolik cərrahiyyə metodlarından ən çox tətbiq edilən mədənin boylama rezeksiyası - el arasında mədə kiçiltmə kimi tanınan - əməliyyatın modifikasiyasının artıq 5 ildİr ki, üzərində işləyirik”.

Afaq Mirayiq