BNA “Baku Bus”la bağlı qəzaya MÜNASİBƏT BİLDİRDİ -YENİLƏNDİ
    • 15-10-2019, 17:53
    • 768

BNA “Baku Bus”la bağlı qəzaya MÜNASİBƏT BİLDİRDİ -YENİLƏNDİ

Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün paytaxtın Binəqədi rayonunun İbrahimpaşa Dadaşov küçəsində, "Baku Bus" MMC-nin 6 saylı avtobusunun iştirakı ilə baş verən qəzaya münasibət bildirib. 

Bununla bağlı qurumun mətbuat katibi Mais Ağayev açıqlama verib. 
Onun sözlərinə görə, avtobus hərəkətdə olarkən minik avtomobili arxadan ona sürtülüb. Hadisə nəticəsində nə avtobusda, nə də maşında olan şəxslərə ziyan dəyməyib. Avtobusa dəymiş ziyanın məbləği ilə bağlı isə araşdırma aparılır. 

***
17.55
Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində "BakuBus" şirkətinə məxsus 6 saylı avtobusun iştirakı ilə qəza baş verib.

hadisə zamanı avtobus eyni istiqamətdə hərəkət edən taksi ilə toqquşub.
Qəza ilə əlaqədar Bakı Tennis Akademiyasının qarşısında tıxac yaranıb.
Sürücülər isə bir-birilərini günahlandıraraq hadisə yerinə polis və sığorta işçilərinin gəlişini gözləyiblər.  /report/