Binəqədidə 9 mərtəbəli binada YANĞIN
    • 16-10-2019, 09:09
    • 735

Binəqədidə 9 mərtəbəli binada YANĞIN

Bakıda hündürmərtəbəli binada yanğın baş verib.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 48 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və mebel qismən yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.