Bakıda 13 mərtəbəli binada yanğın
    • 22-08-2019, 10:15
    • 1 082

Bakıda 13 mərtəbəli binada yanğın

Bakıda hündürmərtəbəli binada yanğın hadisəsi baş verib. 

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Nəsimi rayonunda onüçmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində ümumi sahəsi 160 m² olan 4 otaqlı mənzilin 1 otağında çarpayı və yataq dəsti yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.