Prezident yeni Baş Nazir barədə danışdı
    • 16-10-2019, 23:04
    • 742

Prezident yeni Baş Nazir barədə danışdı

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.


News24.az xəbər verir ki, müşavirədə çıxış edən ölkə başçısı bir sıra maraqlı məqamlardan söz açıb.


Dövlət başçısı çıxışında Əli Əsədovun Baş Nazir təyin olunmasına da münasibət bildirib:

"Bir neçə gün bundan əvvəl mənim Sərəncamımla Əli Əsədov Baş Nazir vəzifəsinə təyin edilib. Əli Əsədov uzun illər mənim köməkçim kimi fəaliyyət göstərib. Əminəm ki, Baş Nazir kimi o, mənim tərəfimdən qarşıya qoyulan vəzifələri icra edəcək. Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir".

"Hazırda gələn ilin büdcəsi hazırlanır və bilirsiniz ki, büdcə hər bir ölkənin əsas sənədlərindən biridir. Yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? ",- deyə Prezident söyləyib.