Narkotik aludəçisi olan tələbənin faciəvi sonu
    • 17-10-2019, 02:43
    • 968

Narkotik aludəçisi olan tələbənin faciəvi sonu

Azərbaycanda gənclər arasında narkotik vasitələrə aludəçiliyə qarşı mübarizə aparmaq üçün yeni maarifləndirici çarx çəkilib. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az -a verilən məlumata görə, "Narkotik vasitələrlə "dost"luq edib, yaxınlarla düşmən olma!" adlı sosial çarx çəkilib.
Bildirilib ki, sosial çarxda gənclərin narkotik vasitələrdən əl çəkməsi üçün düşündürücü və maarifləndirici süjet yer alıb.

Qeyd olunub ki, narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və digər mənfi halların yaranmasına zəmin yaradır. Onları bu vərdişlərdən yayındırmaq üçün maarifləndirici tədbirlərə ehtiyac var.
Sözügedən görüntüləri sizə təqdim edirik: