Külli miqdarda narkotik DÖVRİYYƏDƏN ÇIXARILDI
    • 28-01-2020, 15:00
    • 864

Külli miqdarda narkotik DÖVRİYYƏDƏN ÇIXARILDI

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirlərini uğurla davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Qaradağ RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbəsində yaşayan E.Nərimanovun evindən 33 qramdan artıq tiryək və 5 kiloqram 662 qram marixuana aşkar edilərək götürülüb.