Fransa səfiri Ceyhun Bayramovla GÖRÜŞDÜ - FOTO
    • 17-10-2019, 16:38
    • 697

Fransa səfiri Ceyhun Bayramovla GÖRÜŞDÜ - FOTO

Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Azərbaycan Respublikası Təhsil Naziri Ceyhun Bayramovla görüşüb.

News24.az xəbər verir ki, görüş zamanı Z.Qros, Fransız-Azərbaycan Universiteti və Bakı Fransız Liseyinin uğurlarının sübut etdiyi təhsil və ali təhsil sahəsindəki ikitərəfli əlaqələrin keyfiyyətini yüksək qiymətləndirib.

Səfir eyni zamanda, ölkə iqtisadiyyatını dəstəkləyən çox sayda gəncin, beynəlxalq səviyyəli kadrların nümunə olduğu Azərbaycanın ali təhsil sisteminin dinamikliyini və müasirliyini alqışlayıb. İki ölkə arasında əməkdaşlıq səylərini davam etdirilməsi, xüsusən də, azərbaycanlı tələbələrin ali təhsillərini Fransada davam etdirmələrini təşviq edilməsi, ikili diplom və Erasmus plus proqramı vasitəsilə müəllim və professorlar arasında mübadilə sahəsində Fransız-Azərbaycan universitetlərarası tərəfdaşlığın inkişaf etdirilməsi, Azərbaycan orta təhsil sistemində istifadə olunan fransız dili xarici dil kimi (FLE) dərsliklərini modernləşdirilməsinə ekspert dəstəyi verilməsi barədə razılıq əldə edilib.