Səfir Zakari Qros Bakı Fransız Liseyində
    • 9-10-2019, 17:11
    • 2 404

Səfir Zakari Qros Bakı Fransız Liseyində

Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Bakı Fransız Liseyində olub.

News24.az xəbər verir ki, səfiri liseydə Bakı Fransız Liseyi İdarəetmə Komitəsinin sədri və ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədov, liseyin maliyyə meneceri Mirsahib Musayev, liseyin direktoru Filip Siro, həmçinin, Fransa Səfirliyinin Əməkdaşlıq müşaviri və Fransız İnstitutunun direktoru Jerom Kelin müşaiyəti edib.

Qeyd edək ki, 2014-cü ildə açılan Bakı Fransız Liseyi, hazırda uşaq bağçasından orta məktəbin son ilinə qədər, hər il təxminən 200 şagird qəbul edir.