"Fransa ilə Azərbaycanı qədim və dostluq əlaqələri bağlayır" - FRANSA SƏFİRİ
    • 8-10-2019, 09:43
    • 1 124

"Fransa ilə Azərbaycanı qədim və dostluq əlaqələri bağlayır" - FRANSA SƏFİRİ

"Fransa ilə Azərbaycanı qədim və dostluq əlaqələri bağlayır. Bu əlaqələr təhsil, ali təhsil, siyasi və iqtisadi sahələrdə möhkəmlənir. Azərbaycan inkişaf edir, iqtisadiyyatı böyüyür. Azərbaycanlıların Avropaya və Frankofoniya marağı danılmazdır, bunu Azərbaycandakı Fransız İnstitutunun uğuru da təsdiqləyir".

News24.az xəbər verir ki, bu sözləri Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Zakari Qros deyib: "Öz növbəsində, xaricdə yaşayan Fransızların sayı daha çoxdur. Bakı qonaqpərvər bir şəhərdir, dinamik və şəxsi heyətinin sayı getdikcə artan yeni bir Fransız liseyi var.

Fransanın Bakıdakı səfirliyinin kollektivi, həm Fransa ilə maraqlanan Azərbaycanlıların gözləntilərinə cavab vermək, eyni zamanda fransız icmasına xidmət etmək və əlbəttə ki, ölkəmizin çiçəklənməsində iştirak etmək əzmindədir".