16 yaşlı qız beş aylıq hamilədir- Şəkidə şok hadisə
    • 17-10-2019, 20:11
    • 877

16 yaşlı qız beş aylıq hamilədir- Şəkidə şok hadisə

Şəkidə yetkinlik yaşına çatmayan qızda hamiləlik aşkarlanıb.
News24.az xəbər verir ki, fakt Şəki rayonunun Suçma kəndində müəyyən edilib.
Belə ki, oktyabrın 15-də Şəki Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib.
Xəstəxanada müayinə zamanı qızın beş aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki Şəhər Polis Şöbəsinə məlumat verilib.
Faktla bağlı şöbədə araşdırmalara başlanılıb.