Prezident ona EV VERDİ
    • 18-10-2019, 00:16
    • 1 060

Prezident ona EV VERDİ

Ölkə Prezidenti İlham Əliyev tanınmış sənətkar, Xalq artisti Fikrət Verdiyevə mənzil hədiyyə edib.


News24.az xəbər verir ki, bunu Xalq artistinin həyat yoldaşı, Xan Şuşinski Fondunun prezidenti Bəyimxanım Verdiyeva-Cavanşirova deyib.

“Bu gün hər zaman sənətə – sənətkara dəyər verərək, xalqın sevgisini, rəğbətini qazanmış cənab Prezidentimiz İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, tarzən-Gəncə şəhərində 50 il bundan öncə “Göygöl “ansamblının yaradıcısı və Gəncə Dövlət Filarmoniyasının yaranmasında müstəsna xidmətləri olan Fikrət Verdiyevi Bakı şəhərində möhtəşəm mənzillə təmin edib.


Bizim ailəmizə bu sevinci bəxş etdiyi üçün cənab Prezidentimizə dərin hörmət və ehtiramla minnətdarlığımızı bildiririk!”.