-
- 19-10-2019, 12:01
- 1 634
“28 May”a gedən bütün prospekt və küçələr BAĞLANDI
Bu gün oktyabrın 19-da Milli Şura Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyi planlaşdırır. Milli Şura icazəsiz aksiyanı şəhərin mərkəzində - metronun “28 May” stansiyasının çıxışında keçirməkdə israrlıdı. Bu aksiya ilə bağlı hüquq mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib. Polis aksiyanın qarşısını alacağını bəyan edib.
News24.az xəbər verir ki, razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəriləcəyi nəzərə alınaraq, həmin əraziyə gələn küçə və prospektlərdə saat 12.00-dan 16.00-dək həm nəqliyyatın, həm də piyadaların hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamətlər dəyişəcək.