“Sığallaya-sığallaya baş kəsirdilər” - LALƏDƏN
    • 19-10-2019, 12:55
    • 1 243

“Sığallaya-sığallaya baş kəsirdilər” - LALƏDƏN "MAŞIN"LA BAĞLI MARAQLI FAKTLAR - VİDEO

“İnanın ki, insanların hörməti mənə maşından vacibdir. Mən o boyda hörmət qazandım. Bu bilirsiniz nədir? Lalə yenidən həyata gəldi. O hər şeydən vacidbir. Əlbəttdə ki, çox heyif. Heyif ki, hələ də əsirəm”.

Bu sözləri News24.az-a açıqlamasında “Maşın” şouda finala qədər gələrək sonda əlini maşından çəkən aparıcı Lalə Mustafayeva deyib. O, qalib olmaq üçün əlindən gələn hər şeyi etdiyini vurğulayıb: “O qədər dua edirdim, ağlayırdım. Təbii ki, yarışan qatılan iştirkçılar var idi ki, sırf maşını qazanmaq üçün gəlmişdilər. Digər iştirakçılardan fərqli olaraq aktyorluq eləmirdim. Lalə necə var idisə elə idi. Kiməsə xoş olsun deyə heçnə eləməmişəm. İstər canlı efirdə istərsə də efirdən sonra üstümə şərlər atırdılar. Onların heç birinə reaksiya vermirdim. Nə qədər adam varsa, o qədər də fikir var”.

L.Mustafayeva müğənni Ramal İstafilovun ona görə maşından əlini görmək istəyi barədə də fikir bildirib: “Mən ona icazə verməzdim. Əgər finala ikimiz qalsaydıq ona görə mən əlimi çəkəcəkdim. Bu barədə ona da demişdim. Mənə demişdilər ki, Ramal mənimlə səmimi dostluq etmir. Amma, mənim ürəyimdə o dostumdur. Digərləri kimi üzə gülüb arxada başqa şeylər danışmır. Bu mənim üçün həyat dərsi oldu”.

Aparıcı “Maşın” şounun ona əsl dostların kim olduğunu göstərdiyini etiraf edib: “Əslində bizim əsl dostlarımız ailə üzvlərimiz, Allahımız və bizim özümüzük. Qalan hər şey gəldi gedərdir”.

Lalə Mustafayeva səsvermədə dəfələrlə qalib gəlməsi barədə isə bunları deyib: “Hüseyn Dəryadan sonra deyirlər ki, xalqın ən çox sevgisini qazanan iştirakçı olmuşam. Buna görə çox sevinirəm. Burada sığallaya-sığallaya baş kəsirdilər. Kim sığallayırdısa, o da ən sonda baş kəsirdi”.

Sevda Bayramova
Video: Fərid Şabanov