Məşhur aktyor məhkəməyə verildi
    • 14-12-2018, 11:08
    • 1 744

Məşhur aktyor məhkəməyə verildi

Məşhur türk aktyoru xoşagəlməz halla qarşılaşıb.

Ötən mövsüm Fazilet hanım ve kıazları/Fəzilət xanım və qızları serialı ilə məşhurlaşan aktyor Alp Navruz barədə məhkəməyə şikayət olunub. İstehsalçı şirkət olan "Avşar Film"in vəkilinin məhkəməyə sürdüyü iddiaya görə serial bitdikdən sonra Alp onları pis vəziyyətdə qoyub. Nədən ki, çəkiləcəyi növbəti serial üçün eyni şirkətə söz versə də sözünün üstündə durmayıb, xəbər vermədən hazırda TRT1-də nümayiş olunan Elimi bırakma/Əlimi buraxma serialına çəkilib. Bu səbəbdən də vəkil aktyora qarşı mənəvi ziyan üçün məhkəmədən 72 min TL-lik təzminat davası açılmasını istəyib. 

News24.Az