"O qələt eləyir..." -
    • 21-10-2019, 13:05
    • 1 935

"O qələt eləyir..." - "Ay Zaur"da QALMAQAL - VİDEO

Aşıq Əli Quliyev "Ay Zaur" proqramının efirini yarımçıq tərk edib. 

News24.az xəbər verir ki, aparıcı aşıqdan Əməkdar artist Elnarə Abdullayeva ilə niyə küsülü olduğunu soruşub. Aşıq Əli bu sualı cavablandırmaqdan imtina edib.

Aparıcı qarşı tərəflə telefon bağlantısı yaradaraq sualı ona ünvanlayıb. Elnarə Abdullayeva Əli ilə küsülülüklərindən xəbərsiz olduğunu söyləyib:
"Mən heç kimdən küsməmişəm, inciməmişəm. Mən elə öz aləmimdə, öz işimdə-gücümdəyəm. Mənim üçün kimsə məndən incidi, heç fərqi yoxdur. 
Əvvəla Əli uşaqdır, mən hara, Əli hara? Əli qələt edir, məndən inciyir".

Abdullayevanın Əliyə uşaq deməsi aşığı özündən çıxarıb: "Uşaq deyiləm, böyüyəm. Özünü çox yekə aparma" sözlərini deyərək yaxasındakı mikrofonu çıxarıb studiyanı tərk edib.

Zaur Kamal Əlini geri qaytarmaq istəsə də, buna nail ola bilməyib. Verilişin davamı bir gün sonra çəkilib. 

Sevda Bayramova