Avtomobillə vurulan velosipedçinin meyiti KANALDAN ÇIXARILDI
    • 21-10-2019, 12:35
    • 853

Avtomobillə vurulan velosipedçinin meyiti KANALDAN ÇIXARILDI

Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, oktyabrın 20-də saat 17 radələrində Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində kənd sakini R.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Ağdaş şəhər sakini Əlibala Məmmədovu vurub və velosipedçi Yuxarı Şirvan kanalına yıxılıb.
Ə.Məmmədovun meyiti sudan çıxarılıb.