-
- 23-10-2019, 09:55
- 811
Ərdoğan Putinlə tarixi razılaşma İMZALADI
"Hörmətli cənab Putinlə terrorla mübarizə, Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin təmin edilməsi ilə qaçqınların geri dönüşü nöqtəsində tarixi bir razılaşmaya imza atdıq".
News24.az "Milliyet"-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə baş tutan görüşündən sonra deyib. O, bu gündən etibarən 150 saatlıq müddətin başladığını açıqlayıb: "150 saat ərzində YPG terrorçuları və silahları 30 kilometrlik ərazidən çıxarılacaq və təşkilatın istehkam və mövqeləri məhv ediləcək. YPG-li terroristlər, silahlarıyla birlikdə bu bölgənin xaricinə çıxarılacaq. Terroristlərin bu ərazilərə girməməsi üçün hər iki ölkə lazım olan tədbirləri alacaq. Memorandumun nəzarəti və əlaqələndirilməsi üçün ümumi mexanizm yaradılacaq. Bu günə qədər olduğu kimi Türkiyə və Rusiya Suriya böhranının siyasi yolla həll edilməsi üçün səylərini davam etdirəcək. İnanıram ki, əziz dostum Putin ilə əldə etdiyimiz bu razılaşma Suriyanın davamlı sabitliyi və terrorizmdən təmizlənməsi yolunda yeni dövr başladacaq".