Instagramın bu funksiyası ləğv edildi
    • 24-10-2019, 00:06
    • 597

Instagramın bu funksiyası ləğv edildi

Instagram sosial şəbəkəsi plastik cərrahiyyə funksiyası daşıyan bütün filtrləri silmək qərarına gəlib.
News24.az “BBC”yə istinadən xəbər verir ki, dodaqları şişirdən və üzü dartan, insanları tanınmaz dərəcədə dəyişən filtrlər bundan sonra qadağan olunacaq. Buna səbəb isə həmin maskalar üzündən insanların xarici görünüşlərinə görə özlərini narahat hiss etmələridir.
Filtrlər bundan sonra yalnız “pozitiv təcrübələr” üçün tətbiq ediləcək. İstifadəçilərin üzünü dəyişən filtrlərin nə vaxtdan yığışdırılacağı hələlik bilinmir.