-
- 24-08-2018, 16:57
- 1 947
“Sevirəm” parkını sevəcəksiniz - FOTOLAR
Bu gün Bakının Xətai rayonunda Yusif Səfərov, Ələddin Quliyev və Sergey Senyuşkin küçələrini əhatə edən ərazidə “Sevirəm” parkının açılış mərasimi olub. Parkın açılışında dövlət başçısı və ölkənin birinci xanımı iştirak ediblər.
News24.az-ın məlumatına görə, parka bu maraqlı ad hələ 2016-cı ildə Heydər Əliyev Fondu tərəfindən verilib. Yeni park kompleksinin ümumi sahəsi 36833 kvadratmetrdir.
Buradakı heykəllər xüsusi dizayn və üslubu ilə fərqlənir. Parkda müxtəlif daş heykəllər, o cümlədən ürək formasında heykəllər və “Love” kompozisiyası quraşdırılıb. Park kompleksinin ərazisində örtülü şahmat pavilyonu da var. Bundan başqa, iki futbol meydançası, voleybol, həndbol və basketbol oyunları üçün universal idman meydançası və trenajor meydançası qurulub. Burada kafe də fəaliyyət göstərəcək.