-
- 24-10-2019, 14:01
- 1 210
Hökmdən HİDDƏTLƏNƏN ELİNANIN AİLƏSİ: "Onun da canı bizimki qədər yansın..."
“Biz Avropa Məhkəməsinə müraciət edəcəyik. Bizim uşaqlarımıza belə qiymət qoyulur. Onun da canı bizim kiimi yansın. Bizim çəkdiyimizin min qatını çəksin. Bundan sonra balalarımızı necə məktəbə buraxaq? ”.
News24.az xəbər verir ki, bunu Elinanın nənəsi Solmaz Hacıyeva bu gün nəvəsi Elina Hacıyevanın ölümündə təqsirləndirilən 162 saylıı orta məktəbin sabiq direktoru Sevinc Abbasovaya məhkəmənin çıxardığı hökmə narazılığını ifadə edib.
Məhkəmə prosesindən sonra Elinanın anası Sevil Hüseynova da məhkəmənin çıxardığı hökmdən narazılığını bildirib: “Direktorun affekt vəziyyətdə olduğunu sübut kimi gətirdilər. Affekt vəziyyətində olsaydı, zəng edə bilərdimi?”
Vəkil Emin İsayev isə jurnalistlərə açıqlamasında bildirib ki, bu qərardan Apellyasiya şikayəti veriləcək: “Bu qərarı ədalətli hesab etmirik. Ölümlə nəticələnən bu hadisəyə belə hökmün çıxarılması olduqca yüngül cəzadır. Qaldırdığımız bütün vəsatətlərimiz, şikayətlərimiz rədd edildi. İşlə bağlı çoxlu sübutlarımız var idi, baxılmadı, təmin olunmadı. Biz bu məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə qədər gedib çıxmağı düşünürük”.
Xatırladaq ki, bu gün Səbail rayon Məhkəməsində Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi başa çatıb. Məhkəmədə hökm oxunub. Hökmə əsasən Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Mülki iddiadan 18 min manat direktordan tutularaq Elinanın anasına ödəniləcək.
Afaq Mirayiq