-
- 24-10-2019, 17:48
- 1 005
Döyülən vəkillə bağlı AÇIQLAMA - "Ekspertiza aparılacaq"
Bakıda hüquq müdafiəçisinin döyülməsi faktı ilə bağlı araşdırmalara başlanıb.
Bakı Şəhər Baş Polis İdarəsi mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, vətəndaş Ağamusa İsmayılovun fiziki təzyiqə məruz qalması ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. A.İsmayılov tərəfindən daxil olan müraciət üzrə tərəflər arasında şəxsi münasibətlər zəminində yaranan mübahisənin tam və hərtərəfli araşdırılması üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Qeyd edək ki, A.ismayılov hüquqşünasdır və o əvvəllər vəkil kimi fəaliyyət göstərib.