-
- 24-10-2019, 22:09
- 947
Rəşad Sadıqovdan KOBUD SƏHV Məğlub oluruq
UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin üçüncü turu çərçivəsində Bakı Olimpiya Stadionunda oynanılan “Qarabağ” - APOEL oyununda hesab dəyişib.
News24.az xəbər verir ki, matçın 45-ci dəqiqəsində “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun kobud səhvindən yararlanan rəqib komandanın futbolçusu Linus Hallenius qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb – 1:2. Bununla da APOEL “Qarabağ” ilə oyunda birinci hissəyə üstün yollanıb.
Xatırladaq ki, qarşılaşmada hesabı matçın 13-cü dəqiqəsində Dani Kintana açıb. Görüşün 29-cu dəqiqəsində isə Nikolas İonnau baş zərbəsi ilə hesabda tarazlığı bərpa edib.