Bakıda keçmiş məhkum QƏTL TÖRƏTDİ
    • 25-10-2019, 11:48
    • 922

Bakıda keçmiş məhkum QƏTL TÖRƏTDİ

Oktyabrın 24-də saat 13 radələrində Yasamal rayonunun M.Muxtarov küçəsində 1 nəfərin Saatlı rayon sakini Daxil Allahyarovu bıçaqla qətlə yetirib hadisə yerini tərk etməsi barədə “102” Zəng Mərkəzinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.

Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səfərov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.