-
- 25-10-2019, 13:13
- 919
Azərbaycanda 650 min AĞAC ƏKİLƏCƏK - FOTO
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabrın sonunda bir gündə 650 min ağacın əkilməsi ilə Azərbaycanda yeni bir rekorda imza atılacaq.
News24.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
O bildirib ki, xeyirxah və nəcib təşəbbüs çərçivəsində hər kəs ağac əkmək fürsəti qazanacaq, yaşıllıqların, meşə sahələrinin nəzərəçarpacaq artımı baş verəcək.
Onun sözlərinə görə ölkənin bütün bölgələrində bu tədbirə ciddi hazırlıq işləri gedir: "Əkiləcək ağacların hamısı Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin və Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib. Bu nəcib təşəbbüsə qoşulmaqla həm böyük şairin ruhuna öz ehtiramımızı bildirəcək, həm də bir gündə 650 min ağac əkməklə ətraf mühitin sağlamlaşdırılmasında örnək bir addım atmış olacağıq. Hər kəsi bu möhtəşəm aksiyaya qoşularaq ağac əkməyə və əkilən ağaclara vaxtaşırı qulluq etməyə çağırırıq. Əkilən hər ağac sağlam gələcək, sağlam ətraf mühit deməkdir".