Azərbaycanda 650 min AĞAC ƏKİLƏCƏK
    • 28-11-2019, 13:10
    • 622

Azərbaycanda 650 min AĞAC ƏKİLƏCƏK

Nəsimi ili ilə əlaqədar Azərbaycanda 650 min ağacın əkilməsi kampaniyası 5 dekabr tarixində gerçəkləşəcək. 

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin bütün regionlarında eyni anda ağac əkilməsinə start veriləcək.

Təbiətə öz töhfəni ver” devizi altında keçiriləcək kampaniya çərçivəsində ölkəmizdə bu vaxta qədər baş verməmiş hadisə reallaşacaq, bir gündə 650 min ağac əkiləcək”.