-
- 25-10-2019, 19:11
- 741
Türkiyə səfirliyinin mətbuat müşaviri ilə KİV təmsilçilərinin görüşü keçirildi i - FOTO
Bu gün Mətbuat Şurasında Türkiyənin Azərbaycandakı səfirliyinin ölkəmizdəki diplomatik missiyası başa çatmış mətbuat müşaviri Hamit Karadenizlə Şuranın İdarə Heyətinin üzvlərinin və kütləvi informasiya vasitələri rəhbərlərinin görüşü keçirilib.
News24.az-a Şuradan verilən məlumata görə, toplantını açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı yüksək səviyyəli əlaqələr media sahəsini də əhatə etməkdədir. Bu baxımdan Türkiyənin Azərbaycandakı Səfirliyinin, xüsusən də Səfirliyin mətbuat müşavirliyinin rolu böyükdür. «Bu gün mətbuat müşavirimiz Hamit Karadeniz burada bizimlədir. Ölkəmizdə 6 il fəaliyyətdə olub. Artıq diplomatik missiyası başa çatıb. Əminəm ki, Hamit bəy Azərbaycandan ayrıldıqdan sonra qəlbi ölkəmizlə, bizlərlə birgə döyünəcəkdir», - deyən Ə.Amaşov H.Karadenizin Azərbaycan və Türkiyə mediası ilə əlaqələrin daha da intensivləşməsində müstəsna xidmətləri ilə seçildiyini vurğulayıb və ona rəhbərlik etdiyi qurumun diplomunu təqdim edib.
Toplantıda çıxış edən MŞ İdarə Heyətinin üzvləri - «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, «Azadinform» İnformasiya Agentliyinin baş direktoru Niyaz Niftiyev, MŞ sədrinin müavini Müşfiq Ələsgərli, Şuranın icraçı katibi Şəmsəddin Əliyev, həmçinin «Trend» İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, «Lent.az» saytının baş redaktoru Qabil Abbasoğlu, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Türküstan» qəzetinin baş redaktoru Aqil Camal və başqaları bildiriblər ki, H.Karadeniz Azərbaycandakı diplomatik missiyası müddətində ölkəmizlə Türkiyə arasındakı media əməkdaşlığının dərinləşməsi istiqamətində kifayət qədər məhsuldar fəaliyyət göstərib. Səmimiyyəti, işgüzarlığı ilə seçilən diplomat hər bir media nümayəndəsinə münasibətdə həssaslıq göstərib. H.Karadenizin işinə məsuliyyətlə yanaşması ona media camesində dostlar qazandırıb, jurnalistlər də onu özlərinin dostu hesab edirlər.
Görüşdə çıxış edən Türkiyənin Azərbaycandakı Səfirliyinin yeni mətbuat müşaviri Hüseyn Altınala bildirib ki, Səfirliklə Azərbaycan mediası və ictimaiyyəti arasında mövcud olan səmimiyyətə, dostluğa və qardaşlığa söykənmiş əməkdaşlıq xəttinin H.Karadeniz tərəfindən daha da möhkəmləndirilməsi bundan sonrakı fəaliyyətə bir qədər də həssas yanaşılmasını zəruriləşdirir. O, bu istiqamətdə üzərinə düşən missiyanı layiqincə yerinə yetirmək üçün əzmlə çalışacağını vurğulayıb.
Sonda çıxış edən H.Karadeniz toplantı iştirakçılarına xoş sözlərə görə təşəkkürünü bildirib. Diplomat bildirib ki, Azərbaycanda fəaliyyət göstərdiyi 6 il ərzində burada gördüyü doğma münasibətdən məmnundur. Ölkəmizdə çoxlu dostlar qazandığını diqqətə çatdıran türkiyəli diplomat eyni zamanda vurğulayıb ki, Azərbaycan və Tükiyə mediası istər ölkələrimizin haqq işinin dünyaya çatdırılması, istərsə də ortaq türk dəyərlərimizin təbliği baxımından daim müştərək fəaliyyətdə olmalı və qarşılıqlı işbirliyini daha da dərinləşməsinə xidmət etməlidir. O, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşavirliyinin mövcud istiqamətdə bundan sonra da əzmlə çalışacağına əminliyini dilə gətirib.
Toplantı iştirakçıları tərəfindən qardaş Türkiyənin Suriyadakı sülhyaratma prosesinə, terrorçulara qarşı apardığı hərbi əməliyyatlara dəstək nümayişi əsgər salamı ilə ifadə edilib.