-
- 26-10-2019, 09:46
- 595
"Azərbaycan Dəmir Yolları”nın sədri İranın Yol və Şəhərsalma naziri ilə görüşdü
“Azərbaycan Dəmir Yolları” QSC-də İranın Yol və Şəhərsalma naziri Məhəmməd İslaminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
QSC-dən News24.az-a verilən məlumata görə, qonaqlar əvvəlcə Bakı Dəmir Yolu Vağzalı ilə tanış olublar.
"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov məlumat verib ki, Bakı Dəmir Yolu Vağzalının binası 1884-cü ildə Mavritaniya üslubunda inşa olunub, 1926-cı ildə isə rekonstruksiya edilib. 1977-ci ildə dəmir yolunun Bakı sərnişin stansiyasında yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal binası Cənubi Qafqazda eyni tipdən olan obyektlərin ən böyüyü idi.
Sonralar dəmir yolu vağzalının yüksək standartlara və müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yarandı. "Bu məqsədlə 2015-ci ilin martında burada əsaslı təmir və yenidənqurma işlərinə start verilib. Vağzalın əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulub, binanın daxilində əsaslı təmir işləri görülüb. Həmçinin bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib. Yüklər, sərnişin və əlillər üçün liftlər quraşdırılıb. Əsaslı təmir zamanı burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri yaradılıb, ana-uşaq otaqları, gözləmə zalı, saxlama kameraları, eləcə də 2 saylı “ASAN kommunal” vətəndaşların istifadəsinə verilib. Bu mərkəz qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən vağzaldan istifadə edən bütün sərnişinlərə xidmət göstərir", - Cavid Qurbanov bildirib.
Qonaqlar Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən, İsveçrənin “Stadler Rail Group” şirkəti istehsalı olan KİSS markalı ikimərtəbəli qatarlarla tanış olublar. “Azərbaycan Dəmir yolları” QSC-nin sədri Cavid Qurbanov qatarların texniki üstünlükləri ilə bağlı göstəriciləri diqqətə çatdırıb.
Afaq Mirayiq