Azərbaycanda 71 nəfərin başına oyun açan şəxsin işinə yenidən baxılacaq
    • 14-06-2019, 11:42
    • 1 038

Azərbaycanda 71 nəfərin başına oyun açan şəxsin işinə yenidən baxılacaq

Azərbaycanda 70-dən çox insanı aldadaraq külli miqdarda pulunu ələ keçirmiş şəxs Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni dələduzluq-külli miqdarda zərər vurmaqla törədildikdə maddəsi ilə ittiham edilərək məhkum olunmuş Həsənov Həsən Elxan oğlu Ali Məhkəmədən işə yenuidən baxılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. İş hakim Gülzar Rzayevanın icraatına verilib.

Qeyd edək ki, Həsən Həsənovun işi ilə bağlı 71 nəfər zərərçəkən şəxs qismində tanınıb və onların yarıdan çoxu qadınlardır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, H.Həsənov pensiya kartı düzəltmək adı ilə vətəndaşları aldadaraq, onların etibarından sui-istifadə edib.