-
- 26-10-2019, 15:44
- 1 405
“Report”u milli brend kimi dünyaya tanıtmaq fikrindəyik" - 5 YAŞLI AGENTLİYİN ÖZƏL GÜNÜ
Oktyabrın 27-si “Report” İnformasiya Agentliyinin yarandığı gündür.
News24.az 5 yaşı tamam olan “Report”un uğurlarının sirlərini baş redaktor Murad Əliyev və baş redaktor müavini Pərvin Abbasovdan öyrəndi.
Murad Əliyev: “Report” İnformasiya Agentliyi Azərbaycanın onlayn media məkanında 2014-cü ildən fəaliyyət göstərir. İlk yarandığı gündən qarşıya qoyduğu məqsədlər ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub. Ötən dövr ərzində xəbər mənbəyi kimi özümüzü təsdiq etmişik. İlk gündən eksklüziv xəbərlərə üstünlük verən agentlik bütün yerli saytlar üçün etibarlı istinad mənbəyinə çevrilib. Hazırda “Report”un özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər KİV-lər istinadla dərc edir. Bəzən operativ olmamaq da olar, amma önəmlisi dərc olunan məlumatlara şübhə ilə yanaşılmamasıdır".
Baş redaktor agentliyin gələcək fəaliyyətindən də danışıb: “Report”un müxbirləri yalnız Bakıda deyil, bütün bölgələrdə fəaliyyət göstərir. Həmçinin xarici ölkələrdə də bizim müxbir postlarımız var. Gələcək fəaliyyətmizdə də “Report”u milli brend kimi dünyaya tanıtmaq fikrindəyik. İstəyirik ki, “Report” dedikdə Azərbaycan mediası nəzərdə tutulsun. Bunun üçün komandanın daha peşəkar şəkildə formalaşmasına çalışacağıq”.
Hansı media orqanı “Report” üçün rəqibdir” sualına cavabında baş redaktor "Azərbaycan mediasında istənilən sayt, xəbər resursu bizə rəqib sayılır” deyib: “Azərbaycanda kifayət qədər media resursu, hərəsinin də öz fərqləndiyi istiqamət var. Məsələn, elə sayt var ki, orada təhsillə bağlı mütəmadi məlumatlar dərc olunur. Bizim təhsil şöbəmiz də çalışmalıdır ki, həmin saytdan geri qalmasın. Bu eyni zamanda kriminal, idman və digər sahələrə də aiddir. Bu, sağlam rəqabətdir və bütün Azərbaycan mediasını inkişafa aparır”.
Murad Əliyev agentliyə təqdim olunan mükafatlarldan da danışıb: “Report”un 5 illik fəaliyyəti ilə bağlı Mətbuat Şurasının mükafatına layiq görüldük. Eləcə də, bir çox digər dövlət qurumları bizə təbriklərini çatdırdılar. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi tərəfindən xüsusi təbrik aldıq. Əsas mükafatımız isə oxucuların təbrikləridir”.
Pərvin Abbasov: “Agentliyimizin 5 yaşı hələ sabah olacaq, amma neçə gündür ki, media orqanları, müxtəlif televiziyalar, saytlar geniş işıqlandırdılar, bundan qürur hissi keçirdim. Ötən 5 il heç də asan başa gəlməyib. Ortaya nə isə iş qoymuşuqsa, zəhmətin hesabına başa gəlib. Elə olub, günlərlə nahara çıxa bilməmişik. Bunu bizə kimsə deməyib... Sadəcə, işimizi sevdiyimiz üçün bütün günümüzü ona uyğun qurmuşuq. Bəzən işin stressi, ağırlığı üzündən əsəb keçirdiyimiz, bezdiyimiz vaxtlar da olub. Amma ötən 5 ilə baxanda qürur hissi keçirirəm. Düşünürəm ki, mənim də burada zəhmətim olub. “Report”un uğuru bütünlükdə kollektivin əməyi hesabına əldə olunub”.
Baş redaktor müavini onu da qeyd edib ki, agentlik ilk açıldığı vaxtından işinə məsuliyyətlə yanaşılıb: “Xəbərlərin dəqiq olması ilə yanaşıı, onu hər kəsdən öncə, birinci vermək məsuliyyətimiz də var idi. Məqsəd Azərbaycan, eyni zamanda, dünya mətbuatı üçün istinad mənbəyi olmaq idi. İlk aylardan artıq özümüzü göstərməyə başladıq. 6 ayda daha irəli getdik. 5 ildə demək olar ki, axsama olmayıb”.
“Report”un digərlər saytlardan üstünlüyü nədədir” sualınıı isə saytın baş redaktor müavini belə cavablayıb: “Bizim xüsusi "resept”imiz (gülür - red.) var, ona uyğun hərəkət edirik. “Report”da hər kəs öz işini bilir. Zəruri hallarda redaktorlar müxbirlərə tapşırıq verir. Bizdə müxbirlər var ki, onlara işi ilə bağlı tapşırıq verməyə ehtiyac yoxdur. Dediyim o müxbirlərin yarısı özləri redaktor səviyyəsində yazarlardır”.
Afaq Mirayiq