-
- 27-10-2019, 22:42
- 1 417
Xalq artisti 30 illik qadağadan sonra YENİDƏN EFİRDƏ - VİDEO
Xalq artisti Flora Kərimovadan yeni xəbər var.
News24.az-ın məlumatına görə, Kərimova 30 illik televiziya qadağasından sonra yenidən AzTV-nin efirində görünüb. Xalq artistinin həyat və fəaliyyəti haqqında "Görüş yeri" verilişində danışılıb. Flora Kərimova yenidən doğma məkanda olduğu üçün həyəcanlı olduğunu və AzTV-nin onun yaradıcılığındaki önəmli yerin olduğunu bildirib: "Bura, hər bir səsin yuvasıdır, anasıdır. Bu məkanda çoxları özünü tapıb, şöhrətə qovuşdu. Hər şey sizin, bizə olan münasibətinizdən və hörmətinizdən aslıdır. Əgər, hörmət varsa biz yaşayırıq. Saydınıza, sayğınıza görə çox sağ olun. Ağ saçları görəndə çox kövrəlirəm amma onların şəxsiyyətləri, qürurları yerindədir. Sözləri, səsləri ötkəmdir. Bu cür səsləri allah bizə, mədəniyyətimizə çox görməsin. Biz, bunu necə qiymətləndiririksə, bu cür də cavan nəsilə ötürürük. İstəyirəm ki, onlar bu günün, sənətin, Azərbaycanın qiymətini bilsinlər".
Qeyd edək ki, Xalq artisti Flora Kərimova Lider və Xəzər Televiziyasında hələ də, qadağadadır..
Sevda Bayramova