Gəncədə cərrahlar üçün səyyar distant kurs BAŞA ÇATDI
    • 28-10-2019, 12:09
    • 1 053

Gəncədə cərrahlar üçün səyyar distant kurs BAŞA ÇATDI

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun uşaq cərrahiyyəsi və plastik cərrahiyyə kursları ilə Davamlı Tibbi Təhsil proqramına uyğun olaraq Gəncədəki 3 saylı şəhər xəstəxanasında təşkil edilən ümumi cərrahiyyə üzrə səyyar distant kurs başa çatıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, kursda Gəncə şəhərinin tibb müəssisələrində çalışanlarla yanaşı ətraf rayonlardan da gələn həkim-cərrahlar iştirak ediblər.

Kursun əsas məqsədi döş qəfəsi cərrahiyyəsi, qida borusu və diafraqmanın cərrahi xəstəlikləri haqqında həkimlərin bilik və bacarıqlarını artırmaqdan ibarət olub. Dərsləri institutun uşaq cərrahiyyəsi və plastik cərrahiyyə kursları ilə cərrahiyyə kafedrasının müdiri, professor Nazim Qasımovun rəhbərliyi ilə kafedranın əməkdaşları aparıb.