"İnstagram" Azərbaycanda İLK BU APARICINI TANIDI - FOTO
    • 28-10-2019, 18:08
    • 903

"İnstagram" Azərbaycanda İLK BU APARICINI TANIDI - FOTO

Azərbaycanda bir çox müğənnilər "İnstagram" hesablarını təsdiqlətsələr də, bu, aparıcılardan heç birində yox idi.

News24.az xəbər verir ki, bu mövzuda məşhur teleaparıcı Afaq Gəncəli bir ilkə imza atıb. Belə ki, İnstaqram rəhbərliyi Gəncəlini rəsmən tanıyıb. Aparıcı bu barədə özü yazıb: "Nəhayət! Təşəkkürlər...İnstagram artıq mənidə tanıdı. Əsas təşəkkür isə izləyicilərimə düşür, verdiyiniz dəyərə və sevginizə görə təşəkkürlər. Bu arada, 1 milyon olmağımıza az qaldı".

Qeyd edək ki, bu günə qədər Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva kimi məşhurlar "İnstagram" tərəfindən təsdiqlənib.

Sevda Bayramova