"Minnətdardır bu ölkə..." - Məşhurlar həkimlər üçün- OXUDU - VİDEO
    • 11-04-2020, 21:39
    • 1 470

"Minnətdardır bu ölkə..." - Məşhurlar həkimlər üçün- OXUDU - VİDEO

"Planet Parni iz Baku" KVN Teatrı maraqlı layihəyə imza atıb.

News24.az xəbər verir ki, teatrın aktyorları tanınmış simalarla birgə koronavirusla mübarizədə təhlükə ilə üzbəüz qalan, fədakarcasına çalışan bütün həkimlərə mahnı həsr ediblər.

Videoçarxda Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Tünzalə Ağayeva, Əməkdar artistlər Sevda Ələkbərzadə, Tahir İmanov, Bəhram Bağırzadə, Cabir İmanov və Ənvər Mansurov iştirak ediblər.

Eyni zamanda videoçarxda tanınmış "KVN"-çi Azər Məmmədzadənin və Mirsalam Mirsalamovun övladları da yer alıb.

Sevda Bayramova