-
- 28-10-2019, 20:30
- 2 643
Qızının lezbiyan olduğunu öyrənən ana efirə çıxdı: ailəsi özünü öldürməyini istədi
Bakıda qızının cinsi azlıq olması ilə barışmayan ana efirə gələrək imdad diləyib.
News24.az xəbər verir ki, Reyhan adlı qadın evdən gedən 21 yaşlı qızının geri qayıtmasını istəyib.
1998-ci il təvəllüdlü Rəfiqə anasının etdiyi çağırışa səs verərək efirə gəlib. O, ailəsindən psixoloji təzyiq gördüyü üçün evdən getdiyini deyib.
Söhbət zamanı onun lesbi olduğu məlum olub. Rəfiqə fərqli olduğunu və öz həyatını yaşamaq istədiyini bildirərək anası ilə getmək istəməyib. Onu qəbul etməyən ailəsi hətta ona özünü öldürməyi təklif edib.
"Ana, mən beləyəm, məni belə qəbul edin! Özünüzü düşündüyünüz qədər məni də düşünün. Biabır olduğunuzu düşündüyünüz qədər məni də düşünün", - yazaraq, Rəfiqə anasına məktub qoyub.
Ana qızının fərqli olması ilə barışmadığını deyib: "Allah onu bu cür gözəl yaradıb, axı niyə oğlan kimi geyinsin, niyə saçını oğlan kimi kəsdirsin? Onu çevrəsi dəyişdirdi".