-
- 29-10-2019, 12:59
- 1 088
Fədayə bacısının və vəkilin yalanını üzə çıxardı: "XƏSTƏLİYİMLƏ BAĞLI XƏBƏRLƏR YALANDIR" - VİDEO
“Gəlib - gedənlər çoxdur. Neçə vaxtdır öz əzizlərimdən ayrı düşmüşəm. İstəyirəm ki, bir az onlarla olum. Hətta efirlərə də 3-5 gün çıxmayacağam. Ona görə düşündüm ki, mətbuat konfransı keçirib hər birinizi dəvət edim, suallarınızı cavablandırım”.
News24.az xəbər verir ki, bu sözləri məhbuslara qaçmağa kömək etdiyinə görə 2017-ci ildə həbs olunan, bu gün isə azadlığa çıxan müğənni Fədayə Laçın deyib. Medianın qarşısına çıxmaqdan yayınan və həbsxanadan gizli çıxan ifaçı məsələ ilə bağlı bunları deyib:“Bilirsiniz ki, mənim azadlığa çıxmağım belə olmamalıydı. Məni hardasa saat 12 radələrində buraxmalıydılar. Amma mənə dedilər ki, hazırlaş, çıxırsan. Nə etməliydim? "Çıxmıram" deməliydim? Sevinə-sevinə evimə gəldim”.
Fədayə Laçın sağlamlığı haqda yayılan xəbərlərə də aydılıq gətirib: “Xəstə olmağımla bağlı yayılan xəbərlər yalan idi. Şükür Allaha ki, iki il ərzində heç qrip də olmamışam”.
İfaçı "Peşmansınızmı?" sualına isə bu cür cavab verib: "Əlbəttə amma bu suala məhkəmədə artıq cavab vermişəm. Ona görə bir daha cavab vermək istəmirəm".
Sevda Bayramova