Türkiyəli yazar aktrisaya bir milyon dollar təklif edən “azəri iş adamından” yazdı
    • 25-08-2018, 12:57
    • 1 605

Türkiyəli yazar aktrisaya bir milyon dollar təklif edən “azəri iş adamından” yazdı

Türkiyəli aktrisalar Özge Borak və Ayça Ərturanın sosial media hesablarından bir gecə qarşılığında bir milyonluq təklif almaları sənətçilərin özləri tərəfindən ön plana çıxarıldı.

Həmin əxlaqsız təklif edənlərin isə azərbaycanlı olması xüsusilə diqqət çəkdi.

Bütün bunların fonunda Türkiyənin seçilən maqazin jurnalistlərindən olan Cengiz Semercioğlu aktrisaları qınayıb, onları hadisəni şişirtməkdə günahlandırıb.

“Bir gecəyə bir milyon dollar uydurması” başlığı ilə öz köşəsinə daşıyan jurnalistin yazısını təqdim edirik:
“Qadın məşhurların sosial media hesablarının altına “Bir gecə üçün bir milyon dollar” yazırlar, bizimkilər də “trollandıqlarının” fərqində deyillər, ciddi qəbul edib, “bu, əxlaqsızlıqdır” deyə üsyan edirlər.

Sakitləşin, dostlar.

Qəbul edirəm, əxlaqsızlıqdır, amma ortalığı yanğın yerinə çevirmək üçün əsas yoxdur.
İyun ayında Özgə Borak səhifəsinə belə bir şərh yazan adamı ifşa etmişdi.
Guya kişi azəri işa adamı imiş.
Bir gecə üçün bir milyon dollar təklif edirmiş.
Özgə Borak da “Bu hədsizliyə nə deyim, bilmirəm. Pis hədsiz” deyə yazmış, onu ciddi qəbul etmişdi.
Ötən gün oxşar hadisə aktrisa Ayça Ərturanın başına gəldi.
Yenə bir azəri soyadlı trol bir gecə üçün Ayçaya bir milyon dollar təklif edib...
O da “Mədəniyyət” deyərək, üsyan edib.
Dostlar, onları səhifələrinizə yazan hədsizlərin bir milyon dolları bir kənara qoyun, bir dollarları da yoxdur.
Sizi “trollayırlar”, siz də hadisəni çox ciddi qəbul edirsiniz.
Bu təklifi edənlərin azəri iş adamı olması belə qəribə deyilmi?
Valyutadakı oynamaları nəzərə alsaq, türk iş adamı demələri kifayət qədər inandırıcı olmayacaq çünki.
Qəbul edirəm, bunların etdikləri tərbiyəsizlikdir, amma siz də balıq kimi atılmayın hadisəyə”.

//Oxu.az