-
- 29-10-2019, 18:08
- 825
"Partlayışda xəsarət alanların vəziyyəti ağırdır" - SƏHİYYƏ NAZİRLİYİ
Bu gün 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında baş verən partlayış barədə Təcili Tibbi Yardıma çağırış 13:20-də daxil olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, 3 nəfər kişi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 5 nömrəli xəstəxananın yanıq şöbəsinə çatdırılıblar. İlkin tibbi yardım göstərildikdən sonra xəstələr Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüblər.
Onlara üzün, sifətin yanığı və sifətin qəlpəli yaraları, xəstələrdən birinin gözündə də xəsarət aşkar olunub. İkisinin vəziyyəti orta-ağır, biri isə ağır qiymətləndirilir.