Ucarda minik avtomobili "TİR"la toqquşdu - 1 ÖLÜ 4 YARALI - FOTOLAR
    • 22-02-2020, 16:32
    • 1 251

Ucarda minik avtomobili "TİR"la toqquşdu - 1 ÖLÜ 4 YARALI - FOTOLAR

Ucarda ağır yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə bu gün saatlarında Bakı-Qazax yolunun Ucar rayonunun Qaradağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1964-ci il təvəllüdlü Eldar Tofiq oğlu Qarayevin idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Türkiyə vətəndaşının idarə etdiyi "TİR" toqquşub. Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Maşında sıxılmış vəziyyətdə qalan şəxsləri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxarıb. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 

Xəsarət alanlardan bir nəfəri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.