Yeni sevgililər 4 gündür birlikdə yaşayırlar
    • 30-10-2019, 01:28
    • 1 493

Yeni sevgililər 4 gündür birlikdə yaşayırlar

Tanınmış aktrisa Serenay Sarıkaya və məşhur komediya ustası, aktyor Cem Yılmaz eşq yaşayır.


News24.az xəbər verir ki, “Söylemezsem olmaz” proqramının məlumatına əsasən, məşhur komediya ustası sevgilisi müğənni Dəfnə Samyelidən Seranaya görə ayrılıb.


Cem və Serenay cütlüyünün 4 gündür aktrisanın yeni evində qaldığı bildirilir.  Bu barədə aktrisanın qonşuları məlumat verib.


Cütlüyü Cemin yaxın dostu aktyor Özan Güvən tanış edib. Özan Güvənin bilinməyən səbəblərdən Dəfnə ilə münasibətləri yaxşı olmayıb.

Hələ ki tərəflər iddiaları inkar etməyiblər.

Qeyd edək ki, Cem və Dəfnə cütlüyünün münasibəti yeddi ay davam edib.