Azərbaycanda qədim üslubda möhtəşəm bazar tikilir - FOTOLAR
    • 30-10-2019, 10:44
    • 1 986

Azərbaycanda qədim üslubda möhtəşəm bazar tikilir - FOTOLAR

Gəncə şəhərində yeni bazarın tikintisinə başlanılır.

News24.az-ın məlumatına görə, şəhərin mərkəzindəki bazarın yerində qədim bazar üslubunda nəhəng ticarət kompleksi inşa olunacaq.

Tarixi memarlıq əlamətlərini özündə əks etdirəcək bazar həm də müasir tələblərə cavab verəcək və burada həm satıcıların, həm də alıcıların rahatlığı üçün zəruri avadanlıqlar qurulacaq.

Qeyd edək ki, bu kompleks Cənubi Qafqazda ənənəvi bazar kimi ən böyük ticarət obyekti olacaq.

Tikiləcək bazarın layihə görüntülərini təqdim edirik.